RU

Bunu evinizə qoyun, qoxusundan məst olacaqsınız

Milli.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Mütəxəssislərin qiymətləndirməsinə görə, ev şəraitində ən güclü və bütün otaqlara yayılan təbii ətirə sahib bitki lavanda hesab olunur.

Milli.Az xəbər verir ki, lavanda çiçəkləri açdığı zaman yaydığı intensiv və təmiz qoxu ilə fərqlənir. Bu bitki təkcə xoş ətir vermir, həm də havadakı stressi azaldan və sakitləşdirici təsiri ilə tanınır.

Bildirilib ki, lavanda düzgün işıq və az su şəraitində dibçəkdə asanlıqla yetişdirilə bilər. Xüsusilə yataq otağı və qonaq otaqlarında saxlanıldıqda, qısa müddətdə bütün məkanı bürüyən təbii aroma yaradır.

Mütəxəssislər qeyd edirlər ki, kimyəvi hava təravətləndiricilərinə alternativ olaraq lavanda həm daha sağlam, həm də uzunmüddətli təsirə malikdir.

Fidan

Milli.Az 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
111
news.milli.az

1Источники