RU

Bəy toy günü gəlini güllələdi

525.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Braziliyada bəy öz toyunda gəlini qətlə yetirib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə həftəsonu San-Pauluda baş verib.

Rəsmi nikah bağlandıqdan sonra başlanan toy mərasimində bəylə gəlinin arasında mübahisə düşüb. Mübahisə zəminində Daniel Barboza Manilyo adlı təzə bəy həyat yoldaşı 34 yaşlı Nacilla Duenasu Nasimentoya atəş açıb və qaçıb. Maraqlıdır ki, bir neçə dəqiqədən sonra toyun keçirildiyi məkana qayıdan Daniel yaralıya daha bir neçə güllə atmaqla onu qətlə yetirib.

Qeyd edək ki, hadisə ilə bağlı polisə məlumatı da məhz cinayətkar verib və könüllü təslim olub. Danielin mühafizəçi olduğu və qətli xidməti silahla törətdiyi bildirilir.

L.Tağıyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
50
46
525.az

10Источники