RU

Ronaldonun komandası çempionluq fürsətini son anda itirdi

Kriştianu Ronaldonun çıxış etdiyi “Əl-Nəsr” Səudiyyə Ərəbistanı çempionatının XXXIII turu çərçivəsində doğma meydanda “Əl-Hilal”la qarşılaşıb.

Apasport.az xəbər verir ki, gərgin keçən matçın əsas vaxtını meydan sahibləri üstün başa vurublar.

Lakin 90+8-ci dəqiqədə “Əl-Nəsr”in qapıçısı Bentonun avtoqolu görüşün yekun nəticəsini müəyyənləşdirib. Oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Ev sahibləri bu nəticə ilə çempionluqlarını rəsmiləşdirə bilməyiblər.

Qeyd edək ki, turnir cədvəlinə 83 xalla “Əl-Nəsr” başçılıq edir. Ondan bir oyun az keçirən “Əl-Hilal” isə 78 xalla ikinci pillədə qərarlaşıb.

"Real" Mourinyo ilə Razılaşdı

DÇ-2026: Turnirə bir ay qalmış məşqçi istefası

“Lill”in futbolçusu “Beşiktaş”ın radarında

PSJ-nin qolkiperi zədəsini sağaldıb

La Liqa klubunun heyətində ciddi itki - MÖVSÜMÜ BAŞA VURDU

Избранный
22
17
apasport.az

10Источники