RU

Polşa vətəndaşlığını almaq ÇƏTİNLƏŞİR: Yeni tələblər

Polşa Daxili İşlər Nazirliyi Polşa pasportunun yalnız bu ölkənin mədəniyyəti və dövləti ilə real bağlılığı olan şəxslərə verilməsini təmin edəcək qanunvericilik dəyişiklikləri paketi üzərində işləyir.

Musavat.com xəbər verir ki, bu barədə "Polsat News" məlumat yayıb.

Daxili İşlər Nazirliyinin hazırladığı təklifdə ölkədə qanuni yaşayış müddətinin səkkiz ilə qədər uzadılması nəzərdə tutulur.

Bu müddət üç illik müvəqqəti və beş illik daimi yaşayış icazəsindən ibarət olmalıdır. Qurumun izahatına görə, bu yanaşma namizədin ölkəyə münasibətini daha dərindən və hərtərəfli qiymətləndirməyə imkan verəcək.

Bundan əlavə, yeni qaydalara əsasən dövlət imtahanının tətbiqi planlaşdırılır. Tarix və konstitusiya dəyərləri üzrə test formasında keçiriləcək bu imtahan gələcək vətəndaşın Polşa və Avropa İttifaqının əsaslarını başa düşdüyünü və qəbul etdiyini təsdiqləməlidir.

Dəyişikliklərin digər mühüm elementi isə "sədaqət təsdiqi" olacaq. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, sədaqət aktının imzalanması və vergi rezidentliyi tələbi namizədin öz həyati və iqtisadi maraqlarını müstəsna olaraq Polşa ilə bağlamasına dair bir zəmanət rolunu oynayacaq.

Musavat.com

Избранный
3
1
musavat.com

2Источники