Aktual.az xəbər verir ki, problem idarəetmə blokunun gözlənilmədən sıfırlanması nəticəsində ekranların tamamilə qaralmasına səbəb olur.
Şirkətin yaydığı geri çağırma hesabatına əsasən, nasazlıq sürücüyə əvvəlcədən xəbərdarlıq edilmədən baş verir. Bu isə sürüş zamanı təhlükəsizlik riskini artırır.
Geri çağırma proqramına 2024–2026-cı il istehsalı olan aşağıdakı modellər daxildir:
* AMG GT
* C-Seriyası
* E-Seriyası
* SL-Seriyası
* CLE-Seriyası
* GLC-Seriyası
Yüksək performanslı AMG modelləri, eləcə də C63 S E Performance təchizat versiyası da siyahıya daxil edilib.
Məlumata görə, problem sistemin qoruma mexanizmi çərçivəsində idarəetmə blokunu avtomatik sıfırlaması ilə əlaqədardır. Bu texniki nasazlıq göstərici panelində məlumat axınının qısa müddətlik dayanmasına və ekranların sönməsinə gətirib çıxara bilər.(demokrat.az)