İyunun 6-dan etibarən sərnişinlər Dərnəgül dayanacağından qatarla birbaşa bölgələrə səfər edə biləcəklər.aia.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC məlumat yayıb.Bildirilib ki, ADY-nin yeni istifadəyə verilmiş Dərnəgül dayanacağından aşağıdakı marşrutlar üzrə reyslər həyata keçiriləcək:- Bakı-Qazax-Bakı- Bakı-Ağstafa-Bakı (əlavə reyslər)- Bakı-Balakən-Bakı- Bakı-Qəbələ-BakıQeyd olunub ki, sərnişinlər biletləri artıq ADY-nin rəsmi saytı, "ADY Mobile" tətbiqi və dəmiryol kassaları vasitəsilə əldə edə bilərlər.aia.az