RU

Rusiya “Sarmat” raketini sınaqdan keçirib: Putin nüvə ritorikasına qayıtdı

ain.az, Ayna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Rusiya strateji təhlükəsizliyin təmin edilməsi barədə düşünməyə məcbur oldu”

“ABŞ Anti-Ballistik Raket Müqaviləsindən çıxdıqdan sonra Rusiya strateji təhlükəsizliyin təmin edilməsi barədə düşünməyə məcbur oldu”. AYNA.AZ rus mediasına istinadən bildirir ki, bu sözləri Rusiya Prezidentio Vladimir Putin ordunun şəxsi heyəti ilə görüşdə deyib.

Putin həmçinin "Oreşnik" raket sistemindən bəhs edib və onu nüvə başlıqları ilə təchiz etməyin mümkünlüyünü bildirib.

Rusiya Prezidenti Rusiya ordusunu "Sarmat" qitələrarası raketinin uğurlu sınaqdan keçirilməsi münasibətilə təbrik edib.

Rusiya Strateji Raket Qüvvələri komandanının sözlərinə görə, "Sarmat" raketləri olan ilk alayın bu ilin sonuna qədər istifadəyə verilməsi planlaşdırılır.

Putin raketin mənzilinin 35.000 kilometri keçə biləcəyini iddia edir.

Kreml rəhbəri həmçinin bildirib ki, "Sarmat" SSRİ dövründən qalma "Voevoda" raket sistemini əvəz etmək üçün nəzərdə tutulub və döyüş qabiliyyəti baxımından xeyli üstündür.

Müharibəni Öyrənmə İnstitutu əvvəllər Rusiyanın “Soyuq müharibə”dən bəri ən sürətlə nüvə arsenalını genişləndirdiyini və NATO sərhədləri yaxınlığında hərbi mövcudluğunu gücləndirdiyini bildirmişdi. Analitiklər hesab edirlər ki, bu addımlar Moskvanın Alyansla uzunmüddətli qarşıdurmaya hazırlaşdığını göstərə bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
111
ayna.az

1Источники