RU

Binə qəsəbəsində qaz olmayacaq

Bu gün Bakının Xəzər rayonunun Binə qəsəbəsinin bəzi ərazilərinin qaz təchizatı dayandırılacaq.

Bu barədə "İki sahil"ə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Xəzər rayonunda aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Binə qəsəbəsinin Əli İsazadə və Məscid küçələrinin, həmçinin Binə Sovxoz adlanan ərazinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Избранный
9
14
ikisahil.az

10Источники