RU

Elimizin toy kimi bir adəti var ... Toy günü qonaqlara ziyafət verilir, bayram kimi qeyd edilir Video

ain.az, Bizimyol saytına istinadən bildirir.

Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində Azərbaycan toy adətlərini özündə əks etdirən otaq nümayiş etdirir. İçəri daxil olanda özünün tam başqa aləmdə hiss edirsən. Hər yer qırmızı… İçəridə səslənən musiqilər insanın ruhunu oxşayır.

Toy ölkəmizdə sadəcə mərasim deyil. Bütün qohum-əqrəba bir yerə toplanır. Hər insan öz halı ilə gəlir – biri sevincini, biri yorğunluğunu, biri də dua-sözünü gətirir.

Toydan əvvəl evlərdə qəribə bir həyəcan olur. Azərbaycanın qədim zamanlardan özünəməxsus toy adətləri olub. Bu da elçiliklə başlayıb. Elçilikdə çox danışmazlar. Çünki hər iki tərəfin bir məqsədi olur. Bəzən elçiləri əliboş yola salırlar ki, bir də gəlsinlər. Əsl sözü atanın baxışı, ananın gülümsəməsi deyir. Hər bölgədə elçilik fərqlidir. Bununla bağlı adətlər də bölgələr görə dəyişir. Elə ki, razılıq verildi, hazırlığa başlanılır.

Azərbaycan toy adətlərindən biri də xınayaxdıdır. Əvvəllər daha maraqlı idi. Qadınlar bir yerə yığılır, mahnı oxuyar, xına yaxardılar. Toyu olacaq qız da ağlayardı. Kimsə bilməzdi ki, sevincdən ağlayır, ya kədərdən… Gəlinin əlindəki xına təkcə bəzək deyildi, həm də yeni bir həyatın başlanğıcı idi.

Toy günü ziyafət verilir, bayram kimi qeyd edilirdi. Əvvəllər qız toyu və oğlan toyu ayrı olardı. İndi bir yerdə edilir. Masa üstündəki süfrə, stəkanların cingiltisi, hamının qarışıq danışığı… Gəlinlə bəy zala girəndə hamı susur, onlara baxır.

Azərbaycan toyunun rəqsləri də əvəzedilməzdir. Əvvəllər qədim rəqslərə üstünlük verilsə də, indi bəzi toylarda bayağılıq daha çox yer alır.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
49
icma.az

1Источники