RU

Türkiyə ilə bağlı VACİB AÇIQLAMA

Pakistanın müdafiə naziri Xavaca Asif Türkiyə və Qətərin Səudiyyə Ərəbistanı ilə Pakistan arasında yaradılan nüvə müdafiə paktına qoşula biləcəyini açıqlayıb. Nazir bildirib ki, hazırda danışıqlar yekun mərhələyə yaxınlaşıb.

Musavat.com-un xəbərinə görə, Pakistan mediasına danışan Asif qeyd edib ki, Türkiyə və Qətərin də ittifaqa daxil olması region üçün mühüm strateji addım ola bilər. Onun sözlərinə görə, bu əməkdaşlıq bölgədə təhlükəsizlik balansını gücləndirməyi hədəfləyir.

Məlumata görə, paktın əsas məqsədlərindən biri mümkün regional böhranlar zamanı ortaq koordinasiya yaratmaq və ölkələri “nüvə qoruma çətiri” altında birləşdirməkdir. Türkiyə ilə danışıqların davam etdiyi, Qətərin isə prosesə artıq qoşulduğu bildirilir.

Pakistan və Səudiyyə Ərəbistanı arasında ötən ilin sentyabrında imzalanan müdafiə sazişinə əsasən, tərəflərdən birinə edilən hücum hər iki ölkəyə qarşı hücum hesab olunur. Türkiyə və Qətər də sazişə qoşularsa, eyni təhlükəsizlik maddələri onlar üçün də keçərli olacaq.

Ekspertlər hesab edir ki, belə bir ittifaq Yaxın Şərqdə yeni təhlükəsizlik blokunun formalaşmasına səbəb ola bilər. Xüsusilə Türkiyə ilə Səudiyyə Ərəbistanının eyni müdafiə platformasında bir araya gəlməsi regionda diqqətlə izlənilir.

Musavat.com

Избранный
18
musavat.com

1Источники