BAKI, 13 may. TELEQRAF
"WUF13 forumunda iştirak üçün 180 ölkədən nümayəndə qeydiyyatdan keçib. Ümumi jurnalistin sayı 1200-dən çoxdur”.
Teleqraf xəbər verir ki, bu sözləri WUF13 Azərbaycan Əməliyyat Şirkətinin icraçı direktoru Adil Məmmədov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, forumun keçiriləcəyi məkan şəhərcik formatında qurulub:
“Ərazinin sahəsi 53 hektardır. İştirakçılar vaxtlarının böyük hissəsini keçirəcəklər. Məkan daxilində kafe və restoranlar da fəaliyyət göstərəcək".