RU

“Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə yekunlaşıb

Azərbaycanda start verilən “Bakı-Xankəndi” veloyürüşünün dördüncümərhələsi başa çatıb.

Apasport.az saytının turnirə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu raundda idmançılar Gəncədən start götürməklə Naftalana qədər 152,7 km məsafə qət ediblər.

Mərhələnin qalibi "Bardiani CSF 7 Saber" komandasının üzvü italiyalı Marko Manenti olub.

"Astana"dan Henok Mulubrhan ikinci, ekvadorlu Pita Kristian David ("Roojai İnsurance Winspace") üçüncü yeri tutub.

Qeyd edək ki, ilk mərhələdə finişə Çinin "Li-Ninq Star" komandasının belaruslu üzvü Aleksey Şnirko birinci çatıb. Növbəti gün "Astana"nın qazaxıstanlı velosipedçisi Yevgeni Fyodorov qalib olub. Üçüncü mərhələdə "Astana"nın rusiyalı üzvü Qleb Suritsa bütün rəqiblərini qabaqlayıb.

Azərbaycan qadın atıcıları Avropa Çempionatında bürünc medal qazandı

“Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələnin qalibləri mükafatlandırılıb

“Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələ başa çatdı

Bakı-Xankəndi velosiped yarışında 2-ci mərhələyə start verilib - FOTO

“Bakı-Xankəndi” veloyarışı: İlk mərhələ başa çatdı

Избранный
76
3
apasport.az

4Источники