RU

Madyar Orbanın iqamətgahından imtina etdi

BAKI, 13 may. TELEQRAF

Macarıstanın yeni Baş naziri Peter Madyar keçmiş hökumətin iqamətgahını tərk edərək, ofisini parlamentə daha yaxın yerə köçürüb.

Teleqraf xəbər verir ki, bu barədə o, sosial mediada məlumat verib.

“Baş nazirin iqamətgahı və hökumət iclaslarının keçiriləcəyi yer Budapeştdəki “Konstitusiya küçəsi” 5 ünvanında yerləşəcək. Bu binada əvvəllər Tikinti və Nəqliyyat Nazirliyi yerləşib. Bina parlamentdən bir neçə addımlıq məsafədə yerləşir. Baş nazir Administrasiyasının “Konstitusiya” küçəsində yerləşməsi simvolikdir”, - o bildirib.

Beləliklə, o, sələfi Viktor Orbanın Buda qəsri ərazisindəki keçmiş Karmelit monastırında yerləşən rəsmi iqamətgahını tərk etmək qərarını təsdiqləyib.

Избранный
58
teleqraf.com

1Источники