RU

Azərbaycan-Slovakiya əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

Bakı. TurkicWorld:

Rixard Raşinin səfəri ölkə parlamentləri arasında əlaqələrin yüksək səviyyədə olduğunu göstərir.

TurkicWorld xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiya Milli Şurasının sədri Rixard Raşi ilə mətbuata birgə bəyanatında deyib.

O bildirib ki, bütün səfərlər əlaqələrin inkişafı ilə bağlı nümayiş etdirdirilən ardıcıl addımların nəticəsidir.

"Ölkələrimiz arasında əlaqələr son illərdə əhəmiyyətli dərəcədə inkişaf edib, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Səfərlər və görüşlər iki ölkə arasında fəal siyasi dialoqun nəticəsidir. Məhz bunlar iki ölkə arasında yeni əməkdaşlıq sahələrinin nəzərdən keçirilməsinə şərait yaradır. Müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün mövcud potensial mövcuddur".

S.Qafarova qeyd edib ki, R.Raşi işğaldan azad edilən bölgələrə səfər edəcək. Bu, onun həmin ərazilərə ikinci səfəri olacaq.

Избранный
41
1
turkic.world

2Источники