RU

“ABŞ və İsrail İranın cənub adalarını işğal etməyə hazırlaşır” - Millət vəkili

“ABŞ və İsrail genişmiqyaslı əməliyyat çərçivəsində İranın cənubundakı bəzi adalarını işğal etməyi planlaşdırır”.

Missiya.Az xəbər verir ki, bunu iranlı millət vəkili Kamran Qəzənfəri deyib.

Onun sözlərinə görə, bu məqsədlə bölgəyə böyük həcmdə qüvvə və hərbi avadanlıq köçürülür.

Qəzənfəri bildirib ki, İran hələ də müharibə şəraitindədir və ötən həftə qarşı tərəf iki ayrı əməliyyat həyata keçirib.

O iddia edib ki, ABŞ və İsrail qüvvələri bu əməliyyatlar zamanı İranın bəzi mərkəzlərinə hərbi gəmilər vasitəsilə hücum ediblər.

Daşqın HəsənovMissiya.Az

Избранный
25
missiya.az

1Источники