RU

Rusiya miqrantlara nəzarətin sərtləşdirilməsini təklif edir

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin ölkəyə gələn miqrantlara nəzarətin gücləndirilməsinin vacibliyini bildirib.

Onun sözlərinə görə, öz ölkəsində məhkumluğu və ya inzibati pozuntuları olan şəxslərə Rusiyada yaşamaq icazəsi və vətəndaşlıq verilməməlidir.

Volodin qeyd edib ki, yeni tədbirlər qanunlara əməl edən xarici vətəndaşların ölkəyə girişinə şərait yaradacaq.

 Rusiya siyahıyaalmasının 2021-ci il məlumatına görə, ölkədə təxminən 475 min etnik azərbaycanlı yaşayır.

Rusiya Daxili İşlər Nazirliyinin məlumatına əsasən, 2025-ci ilin yanvar-sentyabrında  Rusiyada miqrasiya qeydiyyatında olan Azərbaycan vətəndaşlarının sayı 224.397 nəfər olub.

N.Təbrizli

Избранный
36
anews.az

1Источники