RU

Londonda ölən 34 yaşlı Natəvan kim idi? - Foto

Xəbər verdiyimiz kimi, İngiltərədə yaşayan azərbaycanlı qadın Natəvan Qasımzadə qəfil vəfat edib...

Poliqon xəbər verir ki,  Diasporla İş üzrə Dövlət Komitəsi İngiltərədə vəfat edən azərbaycanlı qadınla bağlı məlumat yayıb.

"İngiltərədə yaşayan soydaşımız, diaspor fəalı Natəvan Qasımzadə ömrünün 34-cü ilində vəfat edib. 1992-ci ildə Bakıda anadan olan Natəvan Qasımzadə orta və bakalavr təhsilini doğma şəhərində başa vurub. Daha sonra İngiltərənin Vestminster Universitetində hematologiya ixtisası üzrə magistr təhsili alıb və həmin ölkədə tibb sahəsində çalışmağa başlayıb".

Qeyd olunub ki, Natəvan Qasımzadə İngiltərədə diaspor fəaliyyətinə aktiv qoşularaq Azərbaycan həqiqətlərinin təbliği və milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində ardıcıl işlər görüb:

"44 günlük Vətən müharibəsi zamanı beynəlxalq ictimaiyyəti tarixi faktlara əsasən düzgün məlumatlandırmaqda fəal rol oynayıb. O, həmçinin DİDK-nın təşkil etdiyi layihələrdə iştirak edərək diaspor fəaliyyətinə töhfələr verib.

DİDK Natəvan Qasımzadənin vaxtsız vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə, yaxınlarına və diaspor ictimaiyyətinə dərin hüznlə başsağlığı verir".

Poliqon.info

Избранный
8
19
poliqon.info

10Источники