RU

Cekson İstanbul nəhəngini keçə bilər Onu daha 3 klub istəyir

ain.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müqavilə ilə "Çelsi"yə məxsus olan, bu mövsüm icarə əsasında "Bayern Münhen"in formasını geyinən hücumçu Nikolas Ceksonun aqibətinin necə olacağı maraq doğurur. Almaniya nəhəngi ötən ayın sonlarında 56 milyon avro ödəyərək forvardın transfer hüquqlarına yiyələnmək istəmədiyini açıqlayıbsa, "zadəganlar" da onu heyətə qaytarmaq niyyətindən uzaqdırlar.

Fanat.Az "Bild"ə istinadən xəbər verir ki, Ceksonla bir neçə klub maraqlanır.

Bunlar "Yuventus", "Milan", "Fənərbağça" və "Əl-Əhli"dir.

Cari mövsüm Münhen komandasının sıralarında bütün turnirlərdə 29 matça çıxan 24 yaşlı Nikolas 10 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Çelsi" ilə müqaviləsinin müddəti 2033-cü ilin yayına qədər nəzərdə tutulub.

Toğrul

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
12
1
fanat.az

2Источники