RU

OPEC: Azərbaycan nefti apreldə 14,35 dollar premiumla satılıb

BAKI, 13 may. TELEQRAF

Aralıq dənizi və Xəzər regionlarında xam neftin qiymətləri apreldə Asiya və Avropadan gələn tələbin dəstəyi ilə əhəmiyyətli dərəcədə artıb.

Teleqraf xəbər verir ki, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatında qeyd edilib.

Bildirilib ki, qiymətlər emal müəssisələrinin Yaxın Şərqdən məhdudlaşan tədarüklərə alternativ axtardığı üçün yüksəlib. Aprelin ikinci yarısında isə tələbin artım tempi zəifləyib ki, bu da qiymətlərin yumşalmasına səbəb olub.

“Saharan Blend” və “Azeri BTC” markalı neftlərin qiymət fərqi aylıq müqayisədə müvafiq olaraq 4,62 dollar və 7,02 dollar artaraq “North Sea Dated” etalon göstəricisinə nisbətdə 8,99 dollar və 14,35 dollar premiuma yüksəlib. “CPC Blend” markalı Qazaxıstan neftin qiymət fərqi də aylıq müqayisədə 4,40 dollar artaraq “North Sea Dated” göstəricisinə nisbətdə 6,65 dollar premium təşkil edib.

Избранный
30
teleqraf.com

1Источники