23 aprel 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan qiymətli kağızların abunə yazılışı 27.04.2026-cı il tarixində başlayıb, 11.05.2026-cı il tarixində bitmişdir.
AZ2006004587 İSİN kodlu istiqrazların yerləşdirilməsi 13 may 2026-cı il tarixində həyata keçirilmişdir.
Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 3.19 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:23 aprel 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan qiymətli kağızların abunə yazılışı 27.04.2026-cı il tarixində başlayıb, 11.05.2026-cı il tarixində bitmişdir.
AZ2006004587 İSİN kodlu istiqrazların yerləşdirilməsi 13 may 2026-cı il tarixində həyata keçirilmişdir.
Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 3.19 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı:
"AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2006004587
İstiqrazların növü və forması: Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar
Ticarət üsulu/forması: Kütləvi/ Abunə yazılışı
İstiqrazların sayı: 50 000 ədəd
İlkin ticarət qiyməti: 100 manat
İstiqrazların buraxılış həcmi: 5 000 000 manat
Kupon faizi: 9%
Ödəmə Periodu: İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 90 gündən bir ödəniləcəkdir
Tədavül müddəti: 1 il
Minimal qiymət: 100 (9.0000%) manat
Maksimal qiymət: 100 (9.0000%) manat
Kəsmə qiyməti: 100 (9.0000%) manat
Ortaçəkili qiyməti: 100 (9.0000%) manat
Reallaşdırılmış həcm: 5 000 000 manat
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə): 15 973 500 manat
Abunə yazılışında iştirak etmiş investor sayı: 136
Sifarişi icra edilmiş investor sayı: 134
Abunə yazılışında təklif edilmiş sifariş sayı: 154
İcra edilmiş sifariş sayı: 152
Anderrayter: ABB-İnvest İnvestisiya Şirkəti” QSC