RU

Lavrov Yeni Dehliyə səfər etdi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov BRICS xarici işlər nazirlərinin görüşündə iştirak etmək üçün üç günlük səfərlə Hindistanın paytaxtı Yeni Dehliyə gəlib.

Redaktor.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Məlumata görə, Rusiya hökumətinə məxsus təyyarə Hindistan paytaxtındakı hava limanına eniş edib. Bildirilir ki, BRICS xarici işlər nazirlərinin görüşü 14-15 may tarixlərində keçiriləcək.

Səfər çərçivəsində Sergey Lavrovun Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar ilə ikitərəfli danışıqlar aparacağı gözlənilir. Tərəflərin Narendra Modinin Rusiyaya planlaşdırılan səfəri, hökumətlərarası komissiyanın iclasına hazırlıq, eləcə də enerji, ticarət və texniki əməkdaşlıq məsələlərini müzakirə edəcəyi bildirilir.

Danışıqlarda Yaxın Şərqdəki vəziyyətin də əsas müzakirə mövzularından biri olacağı qeyd olunur.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə bildirib ki, BRICS nazirlər görüşündə iştirakçılar sentyabr ayında Nyu-Dehlidə keçiriləcək 18-ci BRICS sammitinə hazırlıq məsələlərinə xüsusi diqqət ayıracaqlar.

Aminə ŞAHSUVARQIZI

 

Избранный
14
1
redaktor.az

2Источники