RU

Azərbaycan kubokunun qalibi hansı komanda olacaq? PROQNOZ

ain.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, bu gün futbol üzrə Azərbaycan kubokunun finalında “Sabah” “Zirə” ilə qarşılaşacaq.

Bəs hansı komandanın kuboku başı üzərinə qaldırmaq şansı çoxdur?

Redaktor.az-a danışan idman jurnalisti Ağa Dadaşzadə bildirdi ki, finalda iki güclü komandanın mübarizə aparacağı gözlənilir:

"Bu komandalar arasında əvvəllər də maraqlı və gərgin oyunlar baş tutub. Son qarşılaşmada isə 2:2 hesablı heç-heçə qeydə alınmışdı. “Sabah” komandası Azərbaycan Premyer Liqasının qalibi kimi finala daha yüksək motivasiya və özünəinamla çıxacaq. Komandanın çempionluq əldə etməsi futbolçuların psixoloji baxımdan daha rahat və inamlı oynamasına təsir edə bilər".

Müsahibimiz əlavə etdi ki, “Zirə”ni də qətiyyən zəif hesab etmək olmaz.

"Komanda artıq iki dəfə final təcrübəsi yaşamış kollektivdir və bu cür həlledici oyunlarda təcrübə mühüm rol oynayır. Məhz buna görə qarşılaşmanın kifayət qədər gərgin və balanslı keçəcəyi gözlənilir. Hesab edirəm ki, hər iki komanda bir-biri üçün ciddi çətinlik yarada biləcək gücdədir. Oyunun əsas vaxtda qalibsiz başa çataraq əlavə vaxta artırma dəqiqələrinə keçməsi də tam real görünür. Qalibin məhz əlavə 30 dəqiqədə müəyyənləşməsi ehtimalı kifayət qədər yüksəkdir".

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
11
1
redaktor.az

2Источники