RU

AQTA-nın qalmaqallı çarxı: “Halal” deyilən ət donuz əti imiş?

Bu gün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən “Halal” sertifikatının verilməsi ilə bağlı məlumat  yayımlanıb.

Burada həmin sertifikatın beynəlxalq standartlara uyğunluğu barədə məlumat və müəssisələrdə kəsimlə bağlı həyata keçirilən videoçarxlar nümayiş olunur. 

Həmin videoçarxla bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Cebheinfo.az”-a bildirib ki,  bu gün ona 3 telefon zəngi gəlib və  AQTA-nın Standart İnstitutunun “Halal” sertifikatı vermək üçün öz saytlarında bir videoçarx paylaşdıqlarını bildiriblər:

“ Bildirilib ki, həmin videoçarxda “Halal” sertifikatı və İslam Əməkdaşlıq Təşkilatından söhbət getsə də burada nümayiş olunan cəmdək donuz cəmdəyidir.   Bu, istehlakçıların marağına səbəb olub və mən də diqqətlə baxdım. Orada donuz cəmdəyi görünür və məni də çox təəccübləndirdi. Neçə ildir ki, “Halal” sertifikatı məsələsi ilə bağlı böyük aldatma var. İllər boyu bu sahədə qazanc əldə etmək naminə sertifikatlar verilib, əhali aldadılıb. Baxmayaraq ki, Azərbaycanda iki dəfə Standart İnstitutu “Halal”la bağlı standart qəbul edib. Mən təkliflər vermişəm və onların əksəriyyəti keçməyib. Məsələn, mən təklif etmişdim ki, “Halal” standartı o müəssisələrə verilsin ki, onun bank krediti olmasın. Həmçinin müəyyən məsafədən izləmə prinsipi olsun. İstənilən inanclı adam həmin müəssisəni izləyə bilsin. Eləcə də təklif etmişdim ki, bir sıra heyvanların, məsələn, onurğasızların, o cümlədən zürafə kimi heyvanların  ətinin “halal” olması kimi məsələlər dəqiq bilinsin.

Təəssüf ki, çox yüngül bir “Halal” standartı qəbul olunub. Onu da qeyd edim ki, “Halal” standartını verən orqan mütləq beynəlxalq qurumlarda akkreditasiya olmaqla bərabər  Azərbaycan  Akkreditasiya Mərkəzində də akkreditasiya olunmalıdır. Məndə olan məlumata görə, bir çox “Halal” sertifikatı verən qurum Azərbaycanda Akkreditasiya Mərkəzində akkreditasiyadan keçmir. Onların hüquqi əsası yoxdur. Hələ 8 il əvvəl AİB məsələ qaldırdı və tam pulsuz, “Halal” sertifikatının verilməsinə nail olduq. Ancaq bu təşəbbüs dayandı və AQTA yarandıqdan sonra təşəbbüsü öz üzərinə almaq cəhdi oldu. Bu sahədə dönüş olmalıdır".

Ekspertin fikrincə, “Halal” sertifikatı ilə mal buraxan müəssisələr yenidən audit olunmalıdır:

“"Halal” standartının bütün tələbləri bu müəssisələrdə yoxlanılıb, həyata keçirilməlidir. Bu işi bacaranlar tam təmənnasız olaraq qiymətləndirmədə iştirak etmələrini tövsiyə edirəm. Şəxsən mən vaxt ayırıb tam təmənnasız olaraq bu işdə iştirak etməyə hazır olduğumu bildirirəm. İstehlakçıların bugünki müraciəti isə yayımlanan videoçarxdakı  donuz əti ilə bağlıdır. Onlar bildirirlər ki, “Halal” sertifikatlaşmadan söhbət gedən bir yerdə donuz cəmdəyi nümayiş olunursa, bu nə deməkdir. Bu məsələyə bir son qoyulmalıdır”. 

"Cebheinfo.az" məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlayıb.

https://tr.linkedin.com/posts/azerbaijan-food-safety-institute_qidat%C9%99hl%C3%BCk%C9%99sizliyi-halaluy%C4%9Funluqsertifikat%C4%B1-activity-7459943847830167552-Nd_S?fbclid=IwY2xjawRxaJdleHRuA2FlbQIxMABicmlkETE1cmdHVVRuVVZWT204NkpKc3J0YwZhcHBfaWQQMjIyMDM5MTc4ODIwMDg5MgABHobDPj9m9RS5RzXKy_-87TeTdN2LvZFCUApi9e7b9F-8Vvb5zBpToOYzWEmw_aem_mNu_gDBFNwuYaNKynjUVOw

Избранный
28
1
cebheinfo.az

2Источники