RU

PSJ Real Madrid in oyunçusunu istəyir

Milli.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

PSJ "Real Madrid"in yarımmüdafiəçisi Federiko Valverde ilə maraqlanır.

Milli.Az xəbər verir ki, bu barədə "El Chiringuito" məlumat yayıb.

Paris təmsilçisi artıq uruqvaylı futbolçunun ətrafı ilə əlaqə saxlayıblar. Lakin bu, Valverdenin "Real Madrid"dən ayrılmaq istədiyi və ya Madrid klubunun oyunçuya yeni komanda axtarmağı tapşırdığı mənasına gəlmir.

O, ötən həftə məşq zamanı paltardəyişmə otağında Orelyen Tçuameni ilə dalaşıb.

Nəticədə uruqvaylı yıxılaraq masaya dəyib və kəllə-beyin travması alıb. Klub hər iki oyunçunu 500 min avro məbləğində cərimələyib.

Bu mövsüm Valverde La Liqada 32 matça çıxıb, 5 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. (Offsideplus.az)Milli.Az

 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
118
3
news.milli.az

4Источники