ABŞ Prezidenti Donald Tramp Çinə səfəri zamanı onu Amerikanın ən böyük texnologiya və maliyyə şirkətlərinin rəhbərləri müşayiət edib.
Musavat.com xəbər verir ki, nümayəndə heyətində Apple, NVIDIA, Tesla, Boeing və Goldman Sachs kimi nəhəng korporasiyaların rəhbərləri yer alıb.
Bildirilir ki, nümayəndə heyətində təmsil olunan şirkətlərin ümumi bazar dəyəri təxminən 11,5 trilyon dollar qiymətləndirilir. Bu rəqəmin Çinin illik ÜDM-nin təxminən üçdə ikisinə bərabər olduğu vurğulanır.
Tramp Pekinə yola düşməzdən əvvəl Çin lideri Xi Jinping ilə görüşdə Çin bazarının Amerika biznesi üçün daha açıq olmasını istəyəcəyini bildirib.
Danışıqlarda İran nefti, ABŞ-Çin ticarət müharibəsi və Pekinin Rusiya ilə münasibətlərinin də müzakirə olunacağı qeyd edilir. Məlumata görə, Tramp Çin rəhbərindən Rusiya Prezidenti Vladimir Putin üzərində təsir göstərərək atəşkəs məsələsində addım atmasına dəstək verməsini istəyə bilər.
Musavat.com