RU

ADY-nin yeni hədəfi: gündəlik 200 min sərnişin - VİDEO

“Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Rövşən Rüstəmov yerli mediaya müsahibə verib.

Müsahibədən bir hissəni təqdim edirik.

ADY sədri Rövşən Rüstəmov:

"Abşeron dairəvi marşrutu 14 stansiyanı əhatə edirdi. Bu daşıma marşrutuna yeni bir dayanacaq – Dərnəgül dayanacağını da əlavə etdik. Bununla da bizim dairəvi dəmir yolunda olan sərnişin coğrafiyamız bir qədər də genişləndi. Amma mövcud dairəvi marşrutun daha da genişləndirilərək yeni əhatə olunmayan istiqamətlərə çatdırılması da önəm daşıyan məsələlərdən biridir. Ötən ilin əvvəlində cənab Prezidentin təsdiqlədiyi Dövlət Proqramı ilə bu sərnişindaşıma coğrafiyası bir qədər də genişlənəcək. Bura Yeni Suraxanı-Hövsan, Bakıxanov-Binə-Qala və Maştağa-Bağlar istiqamətlərində yeni qatar marşrutunun açılması daxildir ki, bu üç istiqamət sərnişin daşımalarında hazırda olan günlük daşınan 42 min nəfər sərnişin sayının təxminən 200 min nəfərə çatmasını təmin edəcək. Digər tərəfdən, mövcud 15 stansiyanın sayı 40-a çatdırılacaq. Bu, özlüyündə sərnişinləri dəmir yolu bağlantıları ilə daha yaxşı və daha çevik şəkildə təmin etmiş olacaq".

Избранный
26
9
musavat.com

10Источники