RU

Avropadan ən çox deportasiya olunanların siyahısı yayıldı - ilk üçlükdə olan ölkələr

Avropa İttifaqı ölkələrindən 2025-ci ildə ən çox deportasiya edilən şəxslərlə bağlı statistika açıqlanıb.

Musavat.com xəbər verir ki, Eurostatın məlumatına əsasən, siyahıda ilk yeri Türkiyə tutur.

Məlumata görə, ötən il Aİ ölkələri Türkiyəyə ümumilikdə 13 min 405 nəfər deportasiya edib.

Siyahıda ikinci yerdə Gürcüstan qərarlaşıb. Bildirilir ki, bu ölkəyə 10 min 475 nəfər geri göndərilib.

Üçüncü yerdə isə Suriya yer alıb. Statistikaya əsasən, Aİ ölkələri 8 min 370 nəfəri Suriyaya deportasiya edib.

Eurostatın hesabatı Avropada miqrasiya və deportasiya siyasəti ilə bağlı müzakirələrin davam etdiyi bir dövrdə açıqlanıb.

Musavat.com

Избранный
73
3
musavat.com

4Источники