RU

Qalmaqallı oyunçu 29 yaşında öldü

“Memfis Qrizliz”in hücumçusu Brendon Klark vəfat edib. Basketbolçunun 29 yaşı var idi.

Publika.az xəbər verir ki, Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ölüm səbəbi açıqlanmayıb. Klubun bəyanatında deyilir:

“Biz Brendon Klarkın faciəvi itkisi səbəbilə dərin kədər hissi keçiririk. Brendon möhtəşəm komanda yoldaşı və bundan da önəmlisi, daha gözəl insan idi. Onun təşkilata və Memfis ictimaiyyətinə təsiri heç vaxt unudulmayacaq. Bu ağır dönəmdə ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”.

Избранный
18
6
publika.az

7Источники