RU

"Qədim dünyanın ən gözəl qadını" üçün qalmaqallı seçim

Kristofer Nolanın çəkdiyi yeni Odisseya filmi təqdimatdan əvvəl sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Musavat.com xəbər verir ki, qədim dünyanın ən gözəl qadını hesab edilən Troya Yelenası obrazını keniyalı aktrisa Lupita Nyong'o canlandıracaq. O, filmdə həm Yelena, həm də onun bacısı Klitemnestra rolunda çıxış edəcək.

Aktyor seçimi internetdə mübahisə yaradıb. Tənqid edənlər bildirirlər ki, qədim yunan təsvirlərində Yelena açıq dərili və sarışın qadın kimi təqdim olunurdu. Digər tərəfdən, rejissorun qərarını müdafiə edənlər isə vurğulayırlar ki, Homer əsərlərində Yelenanın xarici görünüşünü detallı təsvir etməyib və əsas diqqəti onun gözəlliyinə yönəldib.

Müzakirələrə Elon Musk da qoşulub. O, sosial şəbəkədə paylaşım edərək Christopher Nolanın müasir trendlərə görə prinsipiallığını itirdiyini bildirib.

Filmdə Matt Damon Odissey, Anne Hathaway isə Penelopa obrazını canlandıracaq. Ekran işində həmçinin Robert Pattinson və Elliot Page də rol alacaq.

Yeni Odisseya filminin 17 iyul 2026-cı ildə təqdim olunacağı gözlənilir.

 

Musavat.com

Избранный
115
musavat.com

1Источники