RU

QHT və media təmsilçilərinin WUF13-ə hazırlıqla tanışlığı

Mayın 13-də Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasına (WUF13) hazırlıq işləri ilə tanışlıq məqsədilə WUF13 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən qeyri-hökumət təşkilatları, media nümayəndələri və blogerlərin tədbir məkanına - Bakı Olimpiya Stadionuna səfəri təşkil edilib.

Tanışlıq turunda WUF13 Azərbaycan Əməliyyat Şirkətinin icraçı direktoru Adil Məmmədov, QHT-lərə Dövlət Dəstəyi Agentliyi İdarə Heyətinin sədri Aygün Əliyeva, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, eləcə də yerli və xarici media qurumlarının və QHT-lərin rəhbərləri iştirak ediblər.

Əvvəlcə akkreditasiya mərkəzi ilə tanışlıq olub. Adil Məmmədov bildirib ki, Bakı Olimpiya Stadionu və ətrafını əhatə edən tədbirin ümumi əməliyyat sahəsi 53 hektardır. Onun sözlərinə görə, bunun 43 hektarı əsas tədbir məkanı, 10 hektarı isə nəqliyyat terminalı və parklanma-transfer zonası üçün ayrılıb. Belə ki, stadion zonalara bölünüb. A Zonası 5 küçədən ibarətdir, hər küçəyə Azərbaycanın müxtəlif şəhərlərinin adı verilib.

Məlumat verilib ki, forum zamanı gündə təxminən 300-ə qədər paralel sessiyanın, görüş və tədbirin keçirilməsi planlaşdırılır. Qeyd edilib ki, tədbirdə BMT-nin 6 rəsmi dili - ərəb, Çin, ingilis, fransız, rus və ispan dilləri ilə yanaşı, Azərbaycan və türk dillərində də sinxron tərcümə təmin ediləcək. Eyni zamanda, əlilliyi olan şəxslər üçün beynəlxalq işarət dili xidməti nəzərdə tutulub.

Bütün tədbir ərazisi üzrə 35-dən çox iaşə məntəqəsi nəzərdə tutularaq, məkanlar və açıq hava zonalarında yerləşdirilməklə iştirakçı axınının müxtəlif istiqamətlər üzrə paylanmasına və məkanda xidmət əlçatanlığının təmin olunmasına imkan verir.

“Media Mərkəzi”nin ümumi tutumu 600 nəfərdir.

Qeyd edək ki, WUF13 mayın 17-22-də keçiriləcək.

XQ

Избранный
35
2
xalqqazeti.az

10Источники