RU

“Real” məhkəmədə qalib gəldi

“Santyaqo Bernabeu”da keçirilən konsertlər zamanı səs-küy olması ilə bağlı “Real Madrid”ə qarşı qaldırılan iş dayandırılıb.

Publika.az xəbər verir ki Madrid hakimiyyəti tərəfindən səs-küy səviyyəsinə qoyulan məhdudiyyətlər səbəbindən “Real”ın ev stadionunda konsertlər 2024-cü ilin payızından etibarən keçirilçirdi.

Klub musiqi və elanların səsini azaldıb, daha sonra stadiona bitişik binaların sakinlərinə evlərini səs izolyasiyası ilə təmin etməyi təklif edib, lakin onlar təkcə səs-küyün deyil, həm də konsert izləyicilərinin onları narahat etdiyini iddia edərək imtina ediblər.

Yanvar ayında məhkəmə bir il yarım davam edən istintaqdan sonra iş üzrə ittiham aktı çıxardı. “Real Madrid” qərardan apelyasiya şikayəti verdi. Məhkəmə bu şikayəti təmin edib.

Избранный
57
publika.az

1Источники