RU

Si Cinpin 2026 cı ilin Çin ABŞ münasibətləri üçün tarixi il olacağına ümid edir

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Pekin, 14 may, AZƏRTAC

Çin Xalq Respublikasının Sədri Si Cinpin 2026-cı ilin Çin-ABŞ münasibətləri üçün tarixi və əlamətdar il olacağına ümid edir.

AZƏRTAC xəbər verir ki, bu fikri Çin Xalq Respublikasının Sədri Si Cinpin mayın 14-də Pekində ABŞ Prezidenti Donald Tramp ilə görüşündə deyib.

Si Cinpin qeyd edib ki, Çin və ABŞ zamanın suallarına birgə cavab verməlidirlər.

Prezident Donald Tramp isə Sədr Si Cininlə geniş tərkibdə müzakirəni səbirsizliklə gözlədiyini bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Çində dövlət səfərindədir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
66
1
azertag.az

2Источники