RU

Bu il Ermənistana azərbaycanlı turistlər səfər edib?

2026-cı ilin yanvar-mart aylarında Ermənistanı turist qismində 10 Azərbaycan vətəndaşı ziyarət edib.

Bu barədə Ermənistanın “Pastinfo” nəşri ölkənin Statistika Komitəsinin hesabatlarına istinadən məlumat yayıb.

Həmin şəxslərin Ermənistanda orta hesabla 38 gün qaldıqları iddia edilir. Məlumata görə, 2025-ci ildə Azərbaycan vətəndaşlarının Ermənistana səfərləri qeydə alınmayıb.

Bu ilin fevralında Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələri Ermənistanda səfərdə olublar.

Söhbətin məhz həmin şəxslərdən getdiyi istisna olunmur, lakin Statistika Komitəsinin məlumatlarına əsasən, onların ölkədə qalma müddətinin 38 gün olması maraq doğurub.

Избранный
61
sportinfo.az

1Источники