RU

Pambıq qəlbli bürclər Qarışqanı belə incidə bilmirlər

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Astrologiya aləmində hər bürcün özünəməxsus enerjisi var. Amma bəzi bürclər başqalarının ağrısını daha dərindən hiss edir. Onlar təkcə yardım etməklə kifayətlənmir, ətrafına mərhəmət və şəfqət yayırlar. Bu bürclər insanların özünü təhlükəsiz və rahat hiss etməsinə səbəb olur.Demokrat.az ən mərhəmətli hesab olunan 4 bürcü təqdim edir:BalıqlarBalıqlar bürcü Zodiakın ən həssas bürclərindən biridir. Onlar qarşısındakı insanı sadəcə dinləmir, onun hisslərini sanki özü yaşayır.

Bu bürcün nümayəndələri insanları mühakimə etməyi sevmir. Başqasının vəziyyətini anlamaq qabiliyyətləri çox güclüdür. İnsan ən çətin anında belə, ona ilk dəstək verənlərdən biri adətən Balıqlar olur.XərçəngXərçəng bürcü üçün mərhəmət yaxınlarını qorumaq deməkdir. Sərt görünüşlərinin arxasında olduqca həssas və böyük ürək gizlənir.

Onlar sevdiyi insanın kədərini hiss edir və onu rahatlatmaq üçün əlindən gələni edir. Qayğıkeş və qoruyucu davranışları ilə seçilirlər.TərəziTərəzi bürcünün mərhəməti ədalət və nəzakətdən qaynaqlanır. Onlar kiminsə haqsızlığa məruz qalmasına və ya inciməsinə dözə bilmirlər.

Mübahisələrdən uzaq durmağa çalışırlar. Bunun səbəbi qorxu deyil, hər kəsin rahat və xoşbəxt olmasını istəmələridir. Tərəzilər çox vaxt başqalarının problemi üçün öz rahatlığından keçə bilir.QızQız bürcü hisslərini böyük sözlərlə ifadə etməsə də, mərhəmətini davranışları ilə göstərir. Kimsə çətin vəziyyətdədirsə, dərhal çıxış yolu axtarmağa başlayır.

Onlar üçün sadəcə yazığı gəlmək kifayət deyil. Yardım etməyi və problemi həll etməyi vacib sayırlar. Yaralı heyvana qayğı göstərmək və ya dostunun yükünü azaltmaq onların mərhəmətli xarakterinin əsas xüsusiyyətlərindəndir.Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
69
demokrat.az

1Источники