RU

İnsanlar niyə şirniyyatdan əl çəkə bilmir? - ARAŞDIRMA

Bəzi insanların şirniyyatdan imtina etməkdə çətinlik çəkməsinin səbəbi genetik amillərlə bağlı ola bilər.

Redaktor.az xəbər verir ki, bu barədə genetik Yekaterina Surkova açıqlama verib.

Onun sözlərinə görə, insanlarda iştahanı tənzimləyən sistemlərin fəaliyyəti fərqli olur və bu fərqlər genetik dəyişikliklərlə əlaqədardır. Bu dəyişikliklər aclıq, toxluq hissinə və hətta şirniyyata meyilə təsir göstərə bilər.

Mütəxəssis qeyd edib ki, əsas mexanizmlərdən biri aclıq və toxluq hormonları – qrelin və leptinlə bağlıdır. Bu hormonların balansı genlər tərəfindən tənzimlənir və bəzi hallarda insanı aclıq siqnallarına daha həssas edə və ya toxluq hissini zəiflədir. Xüsusilə FTO geni ilə bağlı dəyişikliklər iştahanın artması və həddindən artıq qidalanma ilə əlaqələndirilir.

Bundan əlavə, şirniyyata meyl beynin “mükafat sistemi” ilə də bağlıdır. Bu sistemdə dopamin hormonu mühüm rol oynayır. Bəzi insanlarda genetik xüsusiyyətlər səbəbindən bu sistem daha zəif işləyir və eyni həzzi almaq üçün daha çox şirniyyat qəbul etməyə ehtiyac yaranır.

Həmçinin dad hissinə təsir edən genlər də mövcuddur. Şirin dad reseptorlarındakı fərqlər səbəbindən eyni qida müxtəlif insanlarda fərqli qəbul oluna bilər. Bu da bəzilərində şəkərə daha güclü meyl formalaşdırır.

Bununla belə, genetik meyillilik həlledici deyil. Mütəxəssis vurğulayıb ki, düzgün qidalanma, kifayət qədər yuxu və stressin azaldılması kimi amillər şirniyyata olan güclü meyli xeyli zəiflədə bilər.

NURİYYƏ

Избранный
2
2
redaktor.az

3Источники