Pekində Çin sədri Si Cinpin ilə ABŞ Prezidenti Donald Tramp arasında görüş başlayıb.
Bu barədə Çin Dövlət Televiziyası məlumat yayıb.
Bildirilib ki, tərəflər ikitərəfli və beynəlxalq məsələləri, o cümlədən İranla müharibə və ABŞ-nin Tayvana silah satışı məsələlərini müzakirə edəcəklər.
Qeyd edək ki, bu, son 10 ildə ABŞ prezidentinin Çinə ilk səfəridir. Trampın səfəri üç gün davam edəcək.