RU

“Bakı Xankəndi” beynəlxalq velosiped yarışına yekun vurulur

Fanat portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Bakı–Xankəndi” Azərbaycan velosiped yarışına bu gün yekun vurulacaq.

Fanat.Az xəbər verir ki, Tərtərdən start götürən 5-ci mərhələdə velosipedçilər Xankəndiyə qədər 181,5 kilometr məsafəni qət edəcəklər.

Xatırladaq ki, ilk mərhələdə finişə Çinin “Li-Ninq Star” komandasının belaruslu üzvü Aleksey Şnirko birinci çatıb. Növbəti gün “Astana”nın qazaxıstanlı velosipedçisi Yevgeni Fyodorov qalib olub. Üçüncü mərhələdə “Astana”nın rusiyalı üzvü Qleb Suritsa, dördüncü mərhələdə isə İtaliyanın “Bardiani CSF 7 Saber” komandasından Marko Manenti bütün rəqiblərini qabaqlayıb.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparır. Turnirin mükafat fondu 50 min avrodan çoxdur.

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
18
5
fanat.az

3Источники