RU

Karlos Teves Argentina klubundan ayrıldı

Fanat portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Argentinalı mütəxəssis Karlos Teves klubsuz qalıb.

Fanat.Az xəbər verir ki, o, Argentinanın "Talyeres" komandasının baş məşqçisi vəzifəsindən ayrılıb. 

Məlumatı Kordova klubunun rəsmi saytı yayıb. 

"Talyeres" Karlosla qarşılıqlı razılıq əsasında vidalaşıb: "Biz xüsusilə Karlos Tevesin insani keyfiyyətlərini, nüfuzunu və zəhmətini yüksək qiymətləndiririk". 

Xatırladaq ki, Teves 2025-ci ilin yayından bəri "Talyeres"ə rəhbərlik edir. Komanda hazırda Argentina Primerasında zirvədən beş xal geridə olmaqla dördüncü yerdədir. 

Teves 2021-ci ildə oyunçu karyerasını başa vurub, 2022-ci ildə "Rosario Central", 2023-2024-cü illərdə isə "İndependente" komandasına rəhbərlik edib.

 

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
7
1
fanat.az

2Источники