RU

“Samsung Galaxy S24" istifadəçinin əlindəPARTLADI

Cənubi Koreyada istifadəçi əlində olan smartfonun partlaması ilə bağlı insident qeydə alınıb.

Redaktor.az xəbər verir ki, Samsung Galaxy S24 modeli istifadə zamanı qəfil qızaraq tüstülənib və daha sonra partlayıb.

Zərərçəkənin sözlərinə əsasən, cihaz həmin anda nə enerji yığırdı, nə də hər hansı mexaniki zədəyə məruz qalmışdı. Smartfonun batareyası sürətlə şişərək korpusun deformasiyasına səbəb olub, daha sonra isə cihazın aşağı hissəsi güclü səslə açılıb.

Partlayışdan sonra telefon yuxarı sıçrayıb və nəticədə istifadəçi yüngül yanıq xəsarətləri alıb, həmçinin çənə nahiyəsindən zərbə alıb. Hadisə yerinə gələn yanğınsöndürənlər litium-ion batareyanın alışma əlamətlərini qeydə alıblar. Sonradan istifadəçi tüstünün təsiri ilə bağlı müəyyən simptomlar yaşadığını da bildirib.

Samsung şirkəti artıq istifadəçi ilə əlaqə saxlayıb və cihazın texniki ekspertizasına başlanıldığını açıqlayıb. Zərərçəkən isə kompensasiya tələb etmədiyini, sadəcə hadisənin səbəbləri ilə bağlı rəsmi və şəffaf izahat gözlədiyini bildirib.

NURİYYƏ

Избранный
31
1
redaktor.az

2Источники