RU

Qlobal Cənub ölkələri müstəmləkəçilikdən böyük zərər çəkiblər

Bakı. TurkicWorld:

Qlobal Cənub ölkələri müstəmləkəçilikdən böyük zərər çəkiblər.

TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Bakı Şəhərsalma Həftəsi" çərçivəsində Qlobal Cənub QHT Platformasının (GSNP) ilk Baş Assambleyasında çıxışı zamanı danışıb.

Onun sözlərinə görə, neokolonializmin elementləri bu gün də özünü göstərməkdə davam edir:

"Bu, bəşəriyyətin simasında qalmış bir çapıqdır. Lakin təəssüflə qeyd edirik ki, bu praktika bu gün də davam edir, yeni formalar alaraq dünya arenasında özünü büruzə verir".

Hikmət Hacıyev qeyd edib ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə neokolonializmlə mübarizə Bakının əsas prioritetlərindən biri olub.

O həmçinin vurğulayıb ki, Azərbaycan həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə Qlobal Cənub ölkələri ilə hərtərəfli əməkdaşlığı dəstəkləyir və bu qarşılıqlı fəaliyyət müxtəlif sahələrdə inkişaf etməyə davam edir.

Избранный
1
2
turkic.world

3Источники