İngiltərənin "Mançester Yunayted" klubunun rəhbərliyi müvəqqəti baş məşqçi Maykl Kerriklə 2 illik yeni müqavilə bağlamağı planlaşdırır.
"Far.Az" xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira sosial şəbəkə hesabında məlumat paylaşıb.
Mənbənin bildirdiyinə görə, "qırmızı şeytanlar" mütəxəssisə 2029-cu ilə qədər nəzərdə tutulan sözləşmə təklif etməyə hazırdır. 44 yaşlı məşqçi 2026-cı il yanvarın 13-dən komandaya rəhbərlik edir.
Xatırladaq ki, "Mançester Yunayted" hazırda İngiltərə Premyer Liqasında 36 oyundan sonra 65 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.