RU

​23 günün əsgərinin “üç” mərasimi keçirilir

Dövlət Sərhəd Xidmətinin xəstəlikdən vəfat edən əsgəri Hüseyn Həmzə oğlu Əsədovun bu gün “üç” mərasimi keçirilir. Yas məclisi Hüseyn Əsədovun ailəsinin yasadığı Binə qəsəbəsindəki “Binə” mərasim evində təşkil olunub.

Metbuat.az xəbər verir ki, saat 10:30-da başlayan məclisdə Hüseyn Əsədovun ailə üzvləri, qohumları, təhsil aldığı məktəbin müəllimləri, Dövlət Sərhəd Xidmətinin və Cəbrayıl rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhid ailələrinin üzvləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak edirlər. Mərasim saat 16:00-a kimi davam edəcək.

Qeyd edək ki, əslən Cəbrayıl rayonunun Soltanlı kəndindən olan Hüseyn Həmzə oğlu Əsədov 16 aprel 2008-ci ildə anadan olub. O, 17 aprel 2026-ci ildə hərbi xidmətə çağırılıb. Dövlət Sərhəd Xidmətinin əsgəri olan Hüseyn Əsədov 10 may 2026-cı ildə DSX-nın Gəncədəki hospitalında vəfat edib. Gənc əsgər 11 may 2026-cı ildə Binə qəbiristanlığında dəfn olunub.

Allah rəhmət eləsin.

Избранный
7
metbuat.az

1Источники