RU

Gürcüstanda ağır yol qəzası – 7 azərbaycanlı öldü


Gürcüstanın Qardabani rayonunun azərbaycanlılar yaşayan Birlik kəndində ağır yol qəzası baş verib.
Yeniavaz.com
“InterPress.ge” portalına istinadla xəbər verir ki, yüksək sürətlə hərəkət edən BMW markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb.
Məlumata görə, qəza nəticəsində 7 nəfər ölüb.
Potalın məlumatına görə, daha bir nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Onlardan üçü, ikisi qardaş olmaqla Birlik kəndinin sakinləri, digərləri isə Saqareco şəhərindən olublar.
Onların hamısının azərbaycanlı olduğu bildirilir.
Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsinin 8-ci hissəsi ilə istintaq başlanıb.
Избранный
34
yeniavaz.com

1Источники