RU

Bank of Baku qan donorluğunun əhəmiyyətini vurğulayıb – qanvermə aksiyası keçirib

(®) Biznes fəaliyyətində korporativ sosial məsuliyyəti də daima diqqətdə saxlayan Bank of Baku növbəti könüllü qanvermə aksiyası həyata keçirib.

13 may tarixində Bank of Baku-nun Səhiyyə Nazirliyi Respublika Qan Bankı ilə birgə əməkdaşlığı çərçivəsində baş tutan aksiya talassemiya, hemofiliya və digər qan xəstəlikləri olan insanlara dəstək məqsədi daşıyıb.

 “Qan donorluğu həyat xilas edir!” şüarı ilə baş tutan aksiyada Bank of Baku əməkdaşları könüllü qan donoru olaraq fəal şəkildə iştirak edib. İlkin tibbi müayinədən uğurla keçən əməkdaşlardan həkimlərin nəzarəti altında qan götürülüb.

Qeyd edək ki, toplanan qan nümunələri Respublika Qan Bankında bir daha müvafiq yoxlamalardan keçirildikdən sonra qana ehtiyacı olan insanlar üçün istifadə ediləcək.

Məlumat üçün bildirək ki, Bank of Baku bir neçə ildir ki, qanvermə aksiyası təşkil edir, bununla da könüllü qan donorluğunun həyati əhəmiyyətini vurğulayaraq insanları qan verməyə təşviq edir.

bank of baku qanvermə aksiyasıBank of Baku qan donorluğubank of baku sosial məsuliyyət layihəsiqan donorluğu aksiyası 2026Respublika Qan Bankı qanvermə aksiyasıBank of Baku əməkdaşları qan donorlarıqan donorluğu həyat xilas edir aksiyasıtalassemiya xəstələrinə dəstək aksiyasıhemofiliya xəstələrinə yardım qanverməBank of Baku və Səhiyyə Nazirliyi əməkdaşlığıkönüllü qanvermə aksiyası Azərbaycanbank sektorunda sosial məsuliyyət layihələri
Избранный
53
5
marja.az

6Источники