RU

Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başladı

Mayın 14-də Şuşada Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Xarıbülbül” IX Beynəlxalq Musiqi Festivalı başlayıb.

Kulis.az xəbər verir ki, festival Cıdır düzündə keçirilir.

Bu il də festivala yerli incəsənət nümayəndələri ilə yanaşı, müxtəlif ölkələrdən musiqi kollektivləri və ifaçılar qatılıb.

Festival çərçivəsində Şuşanın müxtəlif məkanlarında konsert proqramları, sənədli film nümayişi və digər mədəni tədbirlər təşkil olunacaq.

Qeyd edək ki, festival mayın 15-də də davam edəcək. Şuşanın rəmzi olan gülün adını daşıyan “Xarıbülbül” Musiqi Festivalı 1989-cu ildən keçirilir. Qarabağ münaqişəsi dövründə əsas konsertlər Ağdamda təşkil edilib. Festivalın bir sıra konsertləri Bərdə və Ağcabədidə də keçirilib. Vətən müharibəsindəki tarixi zəfərimizlə torpaqlarımız işğaldan azad olunduqdan sonra festival yenidən Şuşaya qayıdıb. 2024-cü ildə isə festival Şuşa ilə yanaşı, Laçın şəhərini də əhatə edib.

Избранный
1
4
kulis.az

10Источники