RU

Məhəmməd Salah zədəsini sağaldaraq Liverpul un heyətinə qayıdıb

Cebheinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

İngiltərənin "Liverpul" klubunun hücumçusu Məhəmməd Salah zədəsini sağaldaraq yenidən yaşıl meydanlara dönüb.

"Report" Liverpul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Arne Slot sabah baş tutacaq "Aston Villa" ilə matçdan əvvəl mətbuat konfansında bildirib.

Əzələ zədəsi səbəbindən son iki oyunu qaçıran misirli futbolçu növbəti - "Aston Villa"ya qarşı keçiriləcək matçda komandasına kömək edə bilər. Mütəxəssis İbrahima Konatenin də zədəsini sağaldaraq məşqlərə qoşulduğunu, Alisson Beker və Florian Virtsin durumunun isə tibbi müayinədən sonra bəlli olacağını söyləyib.

Qeyd edək ki, "Liverpul" hazırda 59 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
37
3
cebheinfo.az

4Источники