RU

ADY Qurban bayramı ilə əlaqədar Gəncə–Mingəçevir-Gəncə reysləri TƏŞKİL EDƏCƏK

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) qarşıdan gələn Qurban bayramı ilə əlaqədar 27 mayda Gəncə–Mingəçevir–Gəncə marşrutu üzrə reyslər təşkil edəcək.

Bu barədə Bizim.Media-ya ADY-dən məlumat verilib.

Məlumata görə, qatar saat 07:15-də Gəncədən, saat 08:40-da isə Mingəçevirdən yola düşəcək.

"ADY-nin Qurban bayramı münasibətilə təşkil etdiyi Gəncə-Mingəçevir-Gəncə reysləri ilə bayramı bu iki gözəl şəhərdə keçirmək fürsətini əldən verməyin", - deyə məlumatda deyilir.

Sərnişinlər biletləri ADY-nin saytından, "ADY Mobile" tətbiqindən və ya Gəncə Dəmiryol Vağzalından əldə edə bilərlər.

Bizim.Media

Избранный
16
11
bizim.media

10Источники