RU

Roma Niderland millisinin üzvünü rənglərinə bağladı

ain.az, Fanat portalına istinadən məlumat verir.

"Roma" "Aston Villa"dan icarəyə götürdüyü hücumçu Doniell Malenin transfer hüquqlarına yiyələnib.

Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, "canavarlar" Niderland millisinin 27 yaşlı üzvü üçün İngiltərə klubuna 25 milyon avro ödəyəcək.

Paytaxt təmsilçisi avrokuboklara vəsiqə qazandığına görə müqavilədəki satınalma bəndi avtomatik aktivləşib. 

Bu ilin yanvarında komandaya qoşulan Malen İtaliya A Seriyasında 16 matça çıxaraq 13 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

36 tura 67 xal toplayan "Roma" hazırda A Seriyasının turnir cədvəlinin 5-ci pilləsində mövqe tutub. 

Toğrul

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
6
1
fanat.az

2Источники