RU

Qarabağ Regional Elmi Tədqiqatlar və İnnovasiyalar İnstitutu və Tətbiqi Elmlər İnstitutu yaradıldı

Nazirlər Kabineti Qarabağ Regional Elmi Tədqiqatlar və İnnovasiyalar İnstitutunun, eləcə də Tətbiqi Elmlər İnstitutunun yaradılması ilə bağlı qərar qəbul edib.

Teleqraf xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, hər iki qurum Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusunda fəaliyyət göstərəcək. Yeni yaradılan institutların müasir infrastruktura və beynəlxalq standartlara uyğun elmi tədqiqat və təcrübi istehsalat bazasına malik olması nəzərdə tutulur.

Sənədə əsasən, publik hüquqi şəxslərin yenidən təşkili və ləğvi ilə bağlı səlahiyyətlər Nazirlər Kabinetinə həvalə olunub. Digər təsisçi səlahiyyətlərini isə Elm və Təhsil Nazirliyi həyata keçirəcək.

Qərarda qeyd olunub ki, Elm və Təhsil Nazirliyi iki ay müddətində yeni institutların nizamnamələrini təsdiqləməli, bundan sonra isə onların dövlət qeydiyyatına alınması üçün müvafiq tədbirlər görməlidir.

Избранный
26
2
teleqraf.com

10Источники