RU

“ABŞ Rusiyanın Ukraynaya qarşı müharibəsinə diplomatik yolla son qoymağa hazırdır” - Marko Rubio

“ABŞ Rusiyanın Ukraynaya qarşı müharibəsinə diplomatik yolla son qoymağa hazırdır və tərəflər arasında danışıqların bərpa olunmasına ümid edir”.

Missiya.Az xəbər verir ki, bunu ABŞ dövlətkatibiMarkoRubio“FoxNews”averdiyimüsahibəsində deyib.

Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın administrasiyası hələ də münaqişənin sülh yolu ilə həllində vasitəçi kimi çıxış etməyə hazırdır.

ABŞ dövlət katibi yaxın gələcəkdə, xüsusən də Rusiya rəhbərliyinin açıqlamalarından sonra Kiyev və Moskvanın dialoqa qayıdacağına ümid etdiyini bildirib.

Rubio həmçinin qeyd edib ki, tərəflər danışıqlara razılıq verərsə, ABŞ effektiv vasitəçi kimi çıxış edə biləcək yeganə ölkə olaraq qalır.

Daşqın HəsənovMissiya.Az

Избранный
18
missiya.az

1Источники